İstanbulda uçuşlar ləğv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulun bütün rayonlarında mövsümün ilk güclü qar yağışı qeydə alınıb. Şəhərin əksər hissələri bazar günü günortadan sonra qısa müddətdə ağ örtüklə örtülüb.
BAKU.WS xəbər verir ki, məlumata görə, qar yağışı güclü küləklə müşayiət olunur. Sinoptiklər hər kvadratmetr əraziyə 3–7 kiloqram qar düşəcəyini proqnozlaşdıraraq, yollarda və nəqliyyatda fasilələrin yarana biləcəyi barədə xəbərdarlıq ediblər.
Güclü hava şəraiti İstanbulun şərqində yerləşən Sabiha Gökçen Hava Limanında da problemlərə səbəb olub. Belə ki, fırtına səbəbindən 38 reys ləğv edilib.
Türkiyənin Meteorologiya Baş İdarəsi isə Mərmərə dənizi ətrafında bazar və bazar ertəsi günləri küləyin sürətinin saatda 75 kilometrədək çatacağı barədə xəbərdarlıq yayıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...