İstanbulda tarixi bazarın yaxınlığında güclü YANĞIN
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərində "Mısır Çarşısı"nın yaxınlığındakı restoranda güclü yanğın baş verib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, əraziyə çoxlu sayda yanğınsöndürən briqada göndərilib.
Hadisə yerinə gedən İstanbul valisi Davud Gül yanğınla bağlı bu açıqlamaları verib:
"Mısır Çarşısında yanğın baş verməyib. Hadisə yaxınlıqda, bazarın arxasında yerləşən obyektdə qeydə alınıb. Yanğınsöndürmə briqadası 5 dəqiqə ərzində müdaxilə edib. Yanğın nəzarətdədir və soyutma işləri davam edir. Ölən və ya xəsarət alan yoxdur. Yanğınsöndürmə idarəsi də yanğının səbəblərini açıqlayacaq".
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...