İstanbulda güclü külək təyyarələri hava limanına enməyə qoymadı

Türkiyənin İstanbul şəhərində gecə saatlarında təsirini göstərən güclü külək və əlverişsiz hava şəraiti səbəbilə iki hava limanına eniş etməyə çalışan bəzi təyyarələr havada dövrə vurmaq məcburiyyətində qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
İstanbul və "Sabiha Gökçən" hava limanlarına enməyə çalışan təyyarələr, əlverişsiz hava səbəbindən bir müddət havada dövrə vuraraq küləyin zəifləməsini gözləyiblər.

Həmin anlar radio danışıqları vasitəsilə qeydə alınıb. "Sabiha Gökçən" hava limanına enişə hazırlaşan təyyarənin pilotu küləyin sürəti ilə bağlı xəbərdarlıq alıb. Bu səbəbdən hava nəzarətçisi ilə əlaqə saxlayaraq uçuş zolağına enməmək məcburiyyətində qalıb. Havada dövrə vuran başqa bir təyyarənin pilotu isə yanacağının kritik səviyyəyə çatacağ biləcəyini deyib.

Gün ərzində təsirli olan külək axşam saatlarında ara-sıra güclənən yağışla birlikdə şəhərdə həyatı iflic edib. Beyoğlunda təhlükəli vəziyyətdə olduğu üçün möhürlənmiş taxta bina qismən çöküb, Kağıthanədə isə külək səbəbilə uçan dam hissələri avtomobillərə ziyan vurub.




Oxşar xəbərlər
İraqda güclü qum FIRTINASI – Yüzlərlə insan zərər çəkib
İraqın mərkəzi və cənub bölgələrinə güclü qum fırtınası baş verib. BAKU.WS-in məlumatına görə, yerli səhiyyə qurumlarının verdiyi məlumata görə, təbii hadisə n...