İstanbulda gecə ərzində 50-yə yaxın zəlzələ olub - Təhlükənin xəbərçisidir?
İstanbulun Adalar sahillərində başlayan seysmik aktivlik gecə saatlarında da davam edib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, bölgədə ən böyüyü 2,5 bal olan 50-yə yaxın kiçik zəlzələ qeydə alınıb.
Bundan əvvəl isə ərazidə 3,2 bal gücündə zəlzələ baş verib. Ardıcıl yeraltı təkanlar İstanbul sakinləri arasında narahatlıq yaradıb və "Bu, gözlənilən böyük Mərmərə zəlzələsinin xəbərçisidir?" sualını yenidən gündəmə gətirib.
Yer elmləri üzrə mütəxəssislər ardıcıl kiçik təkanların birbaşa böyük zəlzələnin xəbərçisi kimi qiymətləndirilməsinin doğru olmadığını bildiriblər.
Proferssor Okan Tüysüz bildirib ki, baş verənlər yalnız Adalar fayının aktiv olduğunu göstərir.
"Bütün böyük zəlzələlərdən sonra afterşoklar olur, lakin hər böyük zəlzələdən əvvəl ilkin təkan olmur. Bir zəlzələnin ilkin xəbərdarlıq olduğu yalnız ondan sonra daha böyük zəlzələ baş verdikdə məlum olur. Gözləyib görəcəyik", - deyə Tüysüz qeyd edib.
Mütəxəssis Ahmet Ercan isə yalnız kiçik təkanların sayına əsaslanaraq zəlzələnin vaxtını proqnozlaşdırmağın mümkün olmadığını vurğulayıb və əhalini panikaya düşməməyə çağırıb.
Ercanın qiymətləndirməsinə görə, gözlənilən böyük Mərmərə zəlzələsi zamanı maksimum 2,5 metr hündürlüyündə sunami dalğası yarana bilər. Mütəxəssis mümkün qırılma üçün ən erkən 2045-ci ili, ən ehtimal olunan dövr kimi isə 2075-ci ili göstərib.
Qeyd edək ki, seysmik aktivlik 17 avqust 1999-cu ildə baş vermiş Mərmərə zəlzələsinin 27-ci ildönümündən cəmi iki gün sonra başlayıb. Bu amil də İstanbulda narahatlığın artmasına səbəb olub.
Oxşar xəbərlər
Tramp: "Şimali Koreyanın 57 çox güclü nüvə silahı var"
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya (KXDR) lideri Kim Çen Inlə bu ilin sonuna qədər görüş keçirməyə ümid edir. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,...