İstanbulda əyləncə məkanına qumbara ilə hücum olub - Yaralılar var
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulun Kağıthane bölgəsində əyləncə məkanına qumbaraatanla hücum edilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2 nəfərin motosikletə atdığı qumbaraların partlaması nəticəsində 3-ü ağır olmaqla 7 nəfər yaralanıb.
Bildirilib ki, hadisə yerli vaxtla gecə saat 01:40 radələrində Kağıthanenin Hürriyyət məhəlləsindəki Park küçəsində baş verib.
Məlumata görə, küçədə əyləncə yeri kimi istifadə edilən 5 mərtəbəli binanın 2-ci mərtəbəsinə motosikletdə olan 2 nəfər tərəfindən qumbara atılıb. Hadisə yerinə sağlamlıq, ictimai asayiş, bomba mütəxəssisləri, terrorla mübarizə və yanğınsöndürmə idarəsinin əməkdaşları cəlb olunub.
Polis şübhəliləri tutmaq üçün təhlükəsizlik kamerası görüntülərini araşdırmağa başlayıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...