İstanbul hava limanı yenə lider oldu
İstanbul hava limanı Avropa paytaxtları arasında ən çox uçuş həyata keçirən hava limanı ünvanını qoruyub.
BAKU.WS xəbər verir ki, bu barədə Tükiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu bildirib.
İstanbul Hava Limanı 4-10 Noyabr tarixləri arasında gündə 1359 uçuşla Avropa paytaxtlarının hava limanlarını geridə qoyaraq, liderliyini qorumağı bacarıb.
"İstanbul Hava Limanımız London, Amsterdam və Paris kimi Avropa paytaxtlarındakı hava limanlarını geridə qoyaraq zirvədəki yerini qoruyub saxladı. Dünyadakı qlobal miqyaslı 25 hava limanı arasında orta hesabla 686 günlük təyyarə uçuşunun baş verdiyi İstanbul Hava Limanımız 9-cu yerdədir" - deyə Uraloğlu qeyd edib.
Nazir, Türkiyənin gündə orta hesabla 2 min 815 uçuşla Avropanın ən çox trafikə malik ölkələri arasında 6-cı yerdə olduğunu bildirdi.
Qalereya
Oxşar xəbərlər
Xurmanın bilinməyən zərəri: Belə yeyiləndə zəhərə çevrilir
Xurma şirin və ətirli dadı ilə meyvə sevənlərin ən çox üstünlük verdiyi məhsuldur. Bu meyvə bədən üçün bir çox faydalı xüsusiyyətləri ilə tanınır. BAKU.WS xari...