İsrailin Sərab şəhərinə raket zərbəsi nəticəsində 5 nəfər ölüb
02
mar
2026
18:18
İsrailin İranın Sərab şəhərinin yaşayış məntəqəsinə endirdiyi raket zərbəsi nəticəsində 5 nəfər ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhər administrasiyasının binası ciddi dağıntılara məruz qalıb, ümumi ziyan əhəmiyyətli olaraq qiymətləndirilir. Xilasetmə və yanğınsöndürmə xidmətləri zərbədən sonra ilk dəqiqələrdən dağıntılar altından 10 yaşlı uşaq da daxil olmaqla 5 meyit çıxarıb.
İlkin məlumatlara görə, həlak olanların sayı arta bilər.
Xilasetmə işləri davam edir, əlavə məlumat səlahiyyətli orqanlar tərəfindən rəsmi təsdiq olunduqdan sonra veriləcək.
Oxşar xəbərlər
Tramp: Biz İranı bir saat ərzində məhv edə bilərdik
ABŞ İranın aviasiyasını və hərbi donanmasını məhv edib və fəaliyyətini daha sərt şəkildə davam etdirəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə...