İsrailin Qəzzanı yenidən bombaladı: Ölənlərin sayı 356 nəfərə çatıb

İsrail Silahlı Qüvvələrinin zərbələri nəticəsində Qəzzada ölənlərin sayı 356 nəfərə çatıb.
Bu barədə "əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrail Ordusu sərhəddə yerləşən rayonların sakinlərini anklavın dərinliklərinə təxliyə olmağa çağırıb.
***10:27
İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə hava zərbələri endirib.
BAKU.WS xəbər verir ki, İsrail ordusu bütün girovların azad edilməsi də daxil olmaqla, müəyyən edilmiş müharibə məqsədlərinə nail olmaq üçün Qəzza zolağına hücuma keçdiyini açıqlayıb.
Fələstin Mülki Müdafiə Təşkilatı hücumlarda aralarında uşaqların da olduğu azı 300 nəfərin həyatını itirdiyini, yüzlərlə insanın yaralandığını məlum olub.
Qeyd edək ki, İsrail atəşkəs razılaşmasını pozaraq Qəzza zolağına genişmiqyaslı hücuma keçib. İsrail Müdafiə Qüvvələrinin (SAXAL) həftəsonu təqdim etdiyi əməliyyat planı İsrail rəhbərliyi tərəfindən təsdiqlənib. Baş nazir Binyamin Netanyahu və müdafiə naziri İsrael Katz İsrail ordusuna Qəzzada HƏMAS-a qarşı sərt addım atma təlimatını verib.
Oxşar xəbərlər
"Adını Feriha Koydum" serialının aktrisası Donald Trampın evində...
Uzun illərdir ABŞ-də yaşayan aktrisa Ceyda Ateş həyat yoldaşı Buğra Toplusoyla prezident Donald Trampın evində keçirilən məclisdə iştirak edib. BAKU.WS xəbər v...
