İsraildə son 24 saatda 213 nəfər xəstəxanaya yerləşdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
İranla yaşanan münaqişə zamanı son 24 saatda 213 nəfər xəstəxanaya yerləşdirilib.
BAKU.WS "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, bu rəqəmə həm mülki şəxslər, həm də hərbçilər daxildir.
Xəstəxanalarda müalicə alanlardan 4-nün vəziyyəti orta, 196-sının vəziyyəti isə yaxşıdır. Xəstəxanaların bir çoxu yeraltı dayanacaqlara köçürülüb.
On üç nəfər isə müəyyən narahatlıqları səbəbindən müalicə olunub.
Nazirlik xəsarətlərin nələr olsuğu barədə ətraflı məlumat vermir.
Nazirlik onu da bildirib ki, İranla müharibənin başlanğıcından bəri xəstəxanalara 2975 nəfər yerləşdirilib, onlardan 85-i hazırda xəstəxanadadır.
Xəstəxanaya yerləşdirilənlərdən doqquz nəfərin vəziyyəti ağır, on nəfərin vəziyyəti orta ağır, 64 nəfərin vəziyyəti isə yaxşıdır.
Oxşar xəbərlər
Tramp İranla müharibə zamanı ABŞ-nin qoruduğu ölkələrdən ödəniş tələb edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla müharibə zamanı Vaşinqtonun hərbi cəhətdən müdafiə etdiyi ölkələr Amerika tərəfinin çəkdiyi bütün xərcləri tam ş...