İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölən və yaralananların sayı artıb

İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 3-ə çatıb, 91 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
***08:12
İranın İsrail ərazisinə qarşı son – dördüncü dalğa hücumları nəticəsində azı 13 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə İsrailin Milli Tibbi Xidməti ("Magen David Adom") sosial şəbəkədə məlumat yayıb.
Xidmətə görə, yaralılardan birinin vəziyyəti kritik, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xidmət tərəfindən paylaşılmış fotoda uçmuş bina və digər dağıntılar görünür.
Əvvəllər bildirilmişdi ki, şənbə gecəsi İran hücumları nəticəsində 63 nəfər xəsarət alıb, bir qadın aldığı yaralardan keçinib.//Report.az
Oxşar xəbərlər
Parisdə paradda respublika qvardiyasının atı Makronun tribunası qarşısında yıxılıb
Parisdə 14 iyul Milli bayram şərəfinə keçirilən paradda iştirak edən respublika qvardiyasının atı daş döşəmədə sürüşərək süvari ilə birlikdə prezident tribunası...