İsrail yenidən Livana zərbələr endirir

İsrail yenidən Livana zərbələr endirir
Dünya 18

İsrail ordusu Livanın cənubunda yerləşən, "Hizbullah"a bağlı hədəflərə yeni zərbələr endirdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

Livanın LBCI telekanalının məlumatına görə, İsrail Beyrutun cənubuna da zərbələr endirib, bütün paytaxtda güclü partlayışlar eşidilib. Paytaxtın səması qara tüstüyə bürünüb.

İsrail hərbçilərinin hansı hədəflərə hücum etdiyi hələlik bəlli deyil.

Xatırladaq ki, daha əvvəl Nyu-Yorka səfər edən İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun komandanlığı qarşıya qoyduğu bütün məqsədlərə çatana qədər "Hizbullah"a qarşı zərbələrini davam etdirəcəyini bildirmişdi.

Son xəbərlər