İsrail və HƏMAS arasında danışıqlar sabah Misirdə keçiriləcək
İsrail və HƏMAS-ın oktyabrın 5-də Misirin Şarm əl-Şeyx şəhərində danışıqlar aparacağı gözlənilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hazırda iclasa fəal hazırlıq gedir.
Mənbələrin məlumatına görə, danışıqlar tərəflərin yüksək səviyyəli nümayəndələri arasında aparılacaq. İsrail nümayəndə heyətinə strateji planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək.
ABŞ tərəfindən danışıqlarda prezidentin Yaxın Şərq üzrə müşaviri Stiv Uitkoff, o cümlədən iş adamı və ABŞ prezidentinin keçmiş baş müşaviri Cared Kuşnerin də iştirak edəcəyi gözlənilir.
Bundan əlavə, İsrailin qoşunlarının Qəzza zolağından çıxarılması ilə eyni vaxtda 2023-cü ilin oktyabrında müharibə başlayandan bəri ömürlük həbs edilmiş 250 məhbusu və 1 700-dən çox fələstinli məhbusu azad edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Polşadan Belarusa iki ukraynalının təhvil verilməsi ilə bağlı TƏLƏB
Polşa XİN-in mətbuat katibi Maçey Vevyur bildirib ki, Varşava dəmir yolunda partlayışın təşkilində şübhəli bilinən iki ukraynalının təhvil verilməsi tələbi ilə...