İsrail Tehranda ZRK infrastrukturunun məhv edildiyini açıqlayıb
İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Tomer Bar ötən gecə Tehranda zenit-raket komplekslərinin (ZRK) infrastrukturu da daxil olmaqla onlarla hədəfi vurduqlarını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti açıqlama yayıb.
Onun sözlərinə görə, ordu strateji obyektlərə ziyan vurub.
"İranda hava üstünlüyü və hərəkət azadlığımızı yaxşılaşdıran operativ və milli əhəmiyyətli bir sıra dəqiq zərbələr həyata keçirdik. Müharibə başlayandan bəri ilk dəfə İsrail ərazisindən 1500 km-dən uzaq məsafədə HHQ Tehran ərazisindəki müdafiə sistemlərinə zərbələr endirib", - Tomer Bar bildirib.
Oxşar xəbərlər
Sakit Okean sahillərində 7.2 ballıq zəlzələ - Sunami təhlükəsi elan olunub
Sakit okeanda, Vanuatu sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, yeraltı təkanla...