İsrail süni intellektlə sərhədləri qoruyacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Aerokosmik Sənayesi (İAS) süni intellekt əsaslı yeni inteqrasiya olunmuş sərhəd təhlükəsizliyi sisteminin sınaqlarını uğurla tamamlayıb. Şirkətin məlumatına görə, sistem quru, dəniz və hava sərhədlərində mümkün təhdidlərə reaksiya vaxtını ciddi şəkildə azaltmaq qabiliyyətini nümayiş etdirib.
BAKU.WS İsrail mətbuatının yazdığına istinadən xəbər verir ki, layihə ilkin olaraq İsrailin təhlükəsizlik strukturlarının tələbləri nəzərə alınaraq hazırlanıb. Bununla yanaşı, sistemin xarici ölkələr üçün də tətbiq oluna bilən universal həll kimi təklif edilməsi planlaşdırılır.
Yeni texnologiya müxtəlif növ sensorları, pilotsuz vasitələri və real vaxt rejimində məlumatların analizini həyata keçirən vahid idarəetmə platformasını birləşdirir. Toplanan məlumatlar sərhəd zonalarında yerləşdirilən kəşfiyyat və müdafiə vasitələrinin koordinasiyası üçün istifadə olunur. Süni intellektə əsaslanan bu sistem operatorların minimal iştirakı ilə operativ qərarların qəbuluna və sürətli reaksiya tədbirlərinin görülməsinə imkan yaradır
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...