İsrail Qəzzaya elektrik verilişini dayandırır

İsrail Qəzzaya elektrik verilişini dayandırır
Dünya 45

İsrail Qəzzaya elektrik verilişini dayandırır.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb. Bunu İsrailin energetika naziri Eli Koen bildirib

Eli Koen deyib ki, İsrail Elektrik Şəbəkəsinə Qəzzaya elektrik verilişinin dərhal dayandırılması barədə tapşırıq verib.

Nazir qeyd edib ki, HAMAS-ın Qəzzada saxladığı bütün girovların azad buraxılması üçün bütün müvafiq vasitələrdən istifadə edirlər.

Hazırda Qəzzada 59 israilli girovun olduğu ehtimal edilir.

HAMAS İsrailin razılaşmanın ikinci mərhələsinə keçməsini və daimi atəşkəsin təmin olunmasını istəyir. İsrail isə razılaşmanın birinci mərhələsinin uzadılması və bu mərhələdə bütün israilli girovların azadlığa buraxılmasını tələb edir.

Bundan əvvəl İsrail Qəzzaya humanitar yüklərin buraxılışını dayandırıb.

Oxşar xəbərlər

İsa Məsihin çarmıxa çəkildiyi gün müəyyən edilib

İsa Məsihin çarmıxa çəkildiyi gün müəyyən edilib

NASA tərəfindən hazırlanmış modelə və Müqəddəs Kitabın Matta İncilinin 27:45 ayəsinə əsaslanan araşdırma nəticəsində alimlər İsa Məsihin çarmıxa çəkildiyi dəqiq...

118 Dünya 23:17 20 aprel 2025

Son xəbərlər