İsrail prezidenti Səudiyyə Ərəbistanı ilə sülh sazişi bağlamaq arzusundadır
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Prezidenti İsxak Hersoq Səudiyyə Ərəbistanı ilə sülh sazişini bağlamaq arzusunda olduğunu bəyan edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, o bu barədə ABŞ-nin "Newsweek" jurnalına müsahibəsində deyib.
"Mən sülh tərəfdarıyam, məsələn, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səudla sülh sazişi bağlamağı arzulayıram", - deyə İsrail prezidenti bildirib.
O qeyd edib ki, Ər-Riyadla münasibətlərin yaxşılaşması həm onun üçün, həm də bütün region üçün vacib hadisə olacaq.
Hersoqun sözlərinə görə, Yaxın Şərqin gələcəyi yəhudilər və müsəlmanlar arasında dialoqdan asılıdır.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...