İsrail ordusu Suriyadakı hərbi obyektlərə hücum edib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Qüvvələri Suriyanın cənub bölgəsində yerləşən hərbi obyektlərə hava zərbələri endirib.
BAKU.WS xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı açıqlamaya istinadən məlumat verilib.
Bildirilib ki, əməliyyat Əs-Süveyda bölgəsində druz icmasına qarşı həyata keçirilən hücumlara cavab xarakteri daşıyır.
Açıqlamaya görə, zərbələr Suriya hökumət qüvvələrinə məxsus komanda-idarəetmə məntəqəsini və silah-sursat anbarlarını hədəf alıb.
İsrail tərəfi qeyd edib ki, ölkənin cənubunda baş verən proseslər diqqətlə izlənilir və bundan sonra atılacaq addımlar siyasi rəhbərliyin göstərişlərinə uyğun müəyyən ediləcək.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...