İsrail Ordusu Nəsrullahla birgə öldürülən Hizbullah liderlərinin adlarını açıqlayıb
İsrail Ordusu sentyabrın 27-də Beyrutun Dahiya məhəlləsinə endirdiyi aviazərbə nəticəsində Hizbullah lideri Şeyx Həsən Nəsrullahla birgə 20-dən çox Hizbullah üzvünün öldürüldüyünü açıqlayıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, İsrail Ordusu aviazərbə zamanı aşağıdakı şəxslərin öldüyünü açıqlayıb:
Ali Karaki - Hizbullahın cənub cəbhəsinin komandiri;
İbrahim Huseyn Cazini -Şeyx Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi;
Samir Taufik Diab - Şeyx Həsən Nəsrullahın məsləhətçisi;
Abd al-Amir Məhəmməd Siblini - Hizbullahın qüvvələrinin formalaşdırılmasına məsul şəxs;
Ali Navaf Ayub - Hizbullahın atəş gücünə məsul şəxs:
İbrahim Huseyn Cazini və Samir Taufik Diab Şeyx Həsən Nəsrullaha ən yaxın şəxslər sırasında olub.
Oxşar xəbərlər
Çində 83 milyard dollar dəyərində qızıl ehtiyatı olan mədən tapıldı
Çin Xunan şəhərində 83 milyard dollar dəyərində qızıl ehtiyatı tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Sözügedən məbləğ 600 milyard...