İsrail ordusu Livanda raket buraxılış qurğuları olan anbarı məhv edib
İsrail hərbçiləri Livanda "Hizbullah"a məxsus raket buraxılış qurğularının olduğu anbarı məhv edib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, anbarda "yer-hava" tipli raketlərin buraxılması üçün nəzərdə tutulmuş qurğular saxlanırmış. Açıqlamada bildirilir ki, obyekt Beyrut Beynəlxalq Hava Limanından təxminən 1,5 kilometr aralıda yerləşir.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"ın onlarla hərbi obyektinə hücum edib.
Xatırladaq ki, İsrail sentyabrın 23-də Livanda "Hizbullah"a qarşı "Şimalın oxları" adlı hərbi əməliyyata başlayıb. Məqsəd təşkilatın hərbi obyektlərinə kütləvi zərbələr endirməkdən ibarətdir.
Oxşar xəbərlər
Vaxtı ölçmək üçün yeni üsul tapılıb
İsveçin Uppsala Universitetinin alimləri zamanın ölçülməsi üçün başlanğıc nöqtəsinə ehtiyac duymayan unikal bir metod hazırlayıblar. Bu məqsədlə fiziklər "Rydbe...