İsrail ordusu İrana qarşı əməliyyat üçün yüksək hazırlığa keçib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Ordusu İrana qarşı mümkün əməliyyatın bərpa olunması ehtimalı fonunda tam döyüş hazırlığı rejiminə keçirilib.
BAKU.WS-in Ynet portalına istinadən məlumatına görə, Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir qoşunların əvvəlki əməliyyat mərhələlərinə uyğun yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə əmr verib.
Məlumata əsasən, bütün hərbi hissələrdə operativ hazırlıq səviyyəsi artırılıb və mümkün qarşıdurma ssenarilərinə uyğun planlar yenilənib.
Qeyd edilir ki, qərar ABŞ və İran nümayəndələri arasında Pakistanda aparılan danışıqların nəticəsiz qalmasından sonra verilib və gərginliyin yenidən arta biləcəyi ehtimalı ilə əlaqələndirilir.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...