İsrail Ordusu Beyrutun cənubundakı sakinləri təxliyə olunmağa çağırıb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Ordusu "Hizbullah"a qarşıdakı zərbələrlə əlaqədar Beyrutun cənubundakı rayonun sakinləri evləri tərk etməyə çağırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun nümayəndəsi Avixay Adrai "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Müdafiə Ordusu Dahiya rayonunun sakinlərini xəbərdar edir və onları təhlükəsizlikləri üçün təxliyə olunmağa çağırır", - o yazıb.
A.Adrainin sözlərinə görə, əgər "Hizbullah" İsrailin şəhər və qəsəbələrinə raket atmağa davam etsə, İsrail Ordusu Dahiyanın cənubudakı hədəflərə zərbə endirməklə cavab verəcək.
ABŞ Prezidenti Donald Tramp daha sonra bildirib ki, İsrail və radikal "Hizbullah" hərəkatı hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...