İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın raket bölməsində fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Məhəmmədi adlı komandirini öldürüb.
BAKU.WS xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Hərbçilərin məlumatına görə, Məhəmmədi "Hizbullah" ilə SEPAH arasında hərbi koordinasiyada əsas fiqur hesab olunurdu. O, həmçinin Livan qruplaşması ilə yüksək rütbəli İran rəsmiləri arasında vasitəçi rolunu oynayırdı.
Qeyd olunub ki, o, "Hizbullah"ın raket potensialının artırılmasında mühüm rol oynayıb və "Şimal oxları" əməliyyatından sonra qruplaşmanın imkanlarının bərpasında iştirak edib.
Bundan əlavə, Məhəmmədi, qruplaşmanın strateji silahlar sahəsində əsas mütəxəssislərindən biri hesab olunurdu. İsrail hərbiçilərinin məlumatına görə, o, "Şimal oxları" və "Nərildəyən şir" əməliyyatları çərçivəsində İsrail ərazisinə zərbələri koordinasiya edib.
İsrail Orudusu "Hizbullah"a qarşı qətiyyətli addımları davam etdirəcəklərini və İsrail vətəndaşlarının təhlükəsizliyinə təhdidlərə yol verməyəcəklərini vurğulayıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...