İsrail nə vaxtadək İrana zərbə endirəcək?

"İsrail ordusu İranın nüvə proqramı və ballistik raketləri təhlükəsini aradan qaldırana qədər İrana qarşı əməliyyatı bitməyəcək".
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bunu İDF Əməliyyatlar İdarəsinin rəisi general-mayor Oded Basiuk jurnalistlərlə söhbətində deyib. Lakin o, dəqiq vaxt verməkdən imtina edib.
"Sonda məqsəd İranın nüvə proqramı və onun raket kompleksinin "mövcud təhlükəsini" aradan qaldırmaqdır. Biz daha yaxşı gələcəyə layiq olan insanları deyil, terror rejimini vururuq. Bizi təhlükəyə atanlar Şiraz küçələrində gəzən insanlar deyil, Tehran rəhbərliyidir", - Basiuk bildirib.
İsrail ordusunun rəsmisi həmçinin qeyd edib ki, hərbçilər nüvə obyektlərinə və əlaqəli hədəflərə, o cümlədən nüvə alimlərinə, ballistik raketlərə, hava hücumundan müdafiə sistemlərinə, hərbi komandanlıq mərkəzlərinə və İran rejimi üçün "kritik" hesab edilən digər hədəflərə zərbələr endirməyə davam edəcək.
Oxşar xəbərlər
İsrail aviaşirkəti Avropadan təxliyə reysləri planlaşdırır
İsrailin milli hava yolu şirkəti "El Al" Avropanın bir sıra şəhərlərindən təxliyə reysləri həyata keçirmək üçün rəsmi icazə alıb. BAKU.WS "Ynet" portalına istin...
