İsrail Müdafiə Ordusu: "Tehran artıq qorunmur, şəhər İsrail zərbələrinə qarşı müdafiəsizdir"
"İsrail Hərbi Hava Qüvvələri İranın qərbində və xüsusilə Tehran bölgəsində hava hücumundan müdafiə sistemlərini sıradan çıxararaq, paytaxt səmasında tam üstünlük qazanıb".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun (SAXAL) rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinqdə deyib.
Onun sözlərinə görə, ötən gecə ərzində İsrailə məxsus 70-dən çox döyüş təyyarəsi Tehrana zərbələr endirib, hücumlar zamanı müasir HHM sistemləri, buraxılış qurğuları və nəzarət mərkəzləri daxil olmaqla 40-dan artıq strateji hədəf məhv edilib.
"Tehrana yol açılıb. Biz raket və qabaqcıl müdafiə sistemləri, həmçinin əsas komanda məntəqələrini hədəfə alaraq onları sıradan çıxardıq. Artıq Tehran müdafiəsizdir. İranın paytaxtı İsrail zərbələri qarşısında qorunmur", - deyə general bildirib.
Oxşar xəbərlər
Amerikada cinayətkar polis əməkdaşlarına təcavüz etmək istəyib
ABŞ-nin Florida ştatında cinsi zorakılıq ittihamı ilə saxlanılan şəxs həbsxanaya aparılarkən qadın polis əməkdaşını da cinsi zorakılığa məruz qoymağa cəhd edib....