İsrail Livanın cənubuna dəqiq zərbə endirib
12
iyl
2025
20:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna növbəti dəfə dəqiq zərbə endirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bəyanata əsasən, zərbə Əl-Xiyam şəhərinin ətrafına endirilib. Hücumun hədəfi "Hizbullah"ın hərbi qanadının üzvlərindən biri olub. Zərbə nəticəsində o məhv edilib.
Hərbçilər məhv edilən radikalın adını açıqlamayıblar, lakin qeyd ediblər ki, o, təşkilatın dəstələrinin tank əleyhinə bölməsinin sıralarında fəaliyyət göstərib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...