İsrail İranla müharibənin itkiləri və ziyanı barədə məlumatı açıqlayıb
24
iyn
2025
23:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranın hücumları nəticəsində İsraildə 28 nəfər ölüb, 1 472 nəfər yaralanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Ofisinin müşaviri Dmitri Gendelman bildirib.
"Müharibə başlayandan indiyədək İsrail ərazisinə 550-yə yaxın raket atılıb, 1 000-dən çox pilotsuz uçuş aparatı buraxılıb. İsrailin Vergi İdarəsi dəymiş ziyanla bağlı 38 700 müraciət alıb. 15 500-dən çox insan evini itirib", - Gendelman qeyd edib.
Həmçinin münaqişə zamanı İsrailin hava məkanı bağlanıb, 150 minə yaxın vətəndaş evinə qayıda bilməyib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...