İsrail İranın Tehrandakı hərbi kompleksinə genişmiqyaslı zərbə endirib
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Ordusu Tehranın şərq hissəsində yerləşən, bir neçə komanda mərkəzi və daxili təhlükəsizlik bölmələrinin olduğu İranın iri hərbi kompleksinə genişmiqyaslı zərbə endirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail Müdafiə Ordusunun məlumatına görə, kompleksdə İranın əsas güc strukturlarının, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), Kəşfiyyat İdarəsi, "Bəsicin", "Qüds qüvvələri", daxili təhlükəsizlik bölmələri və kiberqoşunların qərargahları yerləşib. Bundan başqa, orada daxili etirazların yatırılmasına və əhaliyə nəzarətə rəhbərlik edən bölmə fəaliyyət göstərib.
Məlumata görə, əməliyyat İsrail kəşfiyyatının dəqiq məlumatlarından istifadə edilməklə həyata keçirilib və İranın hərbi potensialının daha da zəiflədilməsinə yönəlib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...