İsrail İranın kosmik mərkəzinə zərbə endirib

İsrail İranın kosmik mərkəzinə zərbə endirib
Dünya 66

İsrail ordusu İranın Semnan vilayətində yerləşən və İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) nəzarəti altında olan "Şahrud" kosmik mərkəzinə zərbə endirib.

Bu barədə "The New York Times" (NYT) qəzeti "Planet Labs" şirkətinin yeni peyk şəkillərinə istinadən məlumat yayıb.

Peyk şəkillərinə əsasən, oktyabrın 26-da baş verən İsrail hücumu nəticəsində İranda bir sıra mühüm hərbi obyektlər, o cümlədən raket istehsalı zavodu vurulub.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun elmi işçisi Fabian Hinz qeyd edib ki, kosmik mərkəz ballistik raketlərdə də geniş istifadə olunan bərk yanacaqlı raket mühərriklərinin yaradılması üçün istifadə olunub.

Hinzin sözlərinə görə, Şahruddakı obyekt İsrailə hücum üçün istifadə edilə biləcək orta mənzilli ballistik raketlərin kütləvi istehsalı üçün istifadə edilib. Mart və 29 oktyabr tarixli şəkilləri müqayisə edən Hinz bildirib ki, İsrail bərk yanacaqlı raketlərin istehsalı ilə əlaqəli mərkəzi binanı bombalayıb.

Ekspert vurğulayıb ki, Şahruddakı obyekt kosmik proqram üçün infrastruktura malikdir, lakin bərk yanacaqlı obyektlər "mahiyyətcə universal"dır və raket istehsalı üçün asanlıqla uyğunlaşdırıla bilər.

Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bəyan etmişdi ki, İsrailin zərbəsi İranın döyüş qabiliyyətinə təsir etməyib və ölkə hərbi gücünü qoruyub saxlayır.

Oxşar xəbərlər

Son xəbərlər