İsrail İranın 250-dən çox pilotsuz təyyarəsini vurub, çoxlu əsgər və komandirlərini öldürüb

İsrail İranın 250-dən çox pilotsuz təyyarəsini vurub, çoxlu əsgər və komandirlərini öldürüb
Video
Dünya 74

İsrail İranın 250-dən çox pilotsuz təyyarəsini vurub, çoxlu əsgər və komandirlərini öldürüb.

BAKU.WS xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

İsrail ordusunun İranın 250-dən çox pilotsuz təyyarəsini və onlarla buraxılış qurğusunu məhv etdiyi, həmçinin çoxsaylı əsgər və komandirlərini öldürdüyü açıqlanıb.

Son günlərdə İsrail Müdafiə Qüvvələri İranın PUA imkanlarına zərbələrini genişləndirdiyini bildirib.

Məlumatlara görə, zərbə dalğası zamanı İsrail Hərbi Hava Qüvvələri, İsrailə dronlar atmağa hazırlaşan PUA-lar sistemindən İran əsgərlərini aşkar edib.

Qısa müddət ərzində raket və əsgərlər HHQ tərəfindən vurularaq planlaşdırılan hücumun qarşısını alınıb.

"İndiyə qədər İsrail Hərbi Hava Qüvvələri 250-dən çox pilotsuz uçuş aparatına, buraxılış qurğusuna və onlarla buraxılış məntəqəsinə zərbə endirib. Bundan əlavə, İsrail Dövlətinə qarşı çoxsaylı buraxılışlara görə məsul olan pilotsuz uçuş aparatları sırasındakı bir çox komandir və əsgər də məhv edilib".

Son xəbərlər