İsrail HHQ İranın F5 qırıcılarını vurdu
22
iyn
2025
13:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Hərbi Hava Qüvvələri (HHQ) İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. Hücum zamanı "Dezful" hava limanında yerləşən iki F5 tipli döyüş təyyarəsi məhv edilib.
Bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Rəsmi məlumata görə, İsrail qırıcıları həmçinin İran ərazisində, xüsusilə mərkəzi bölgələrdə onlarla hərbi obyektə zərbələr endirib.
Məhv edilən hədəflər arasında raket buraxılış qurğuları, partlayıcı maddə istehsalı üçün obyektlər, silah anbarları və hava hücumundan müdafiə sistemləri də olub.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...