İsrail avqustun sonunadək İranla yeni müharibəyə başlaya bilər

Təl-Əviv avqustun sonlarında mümkün müharibə ehtimalını ciddi şəkildə nəzərdən keçirir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, İran yeni hücumu gözləyir və hazırlıqlarını artırmaqdadır. Analitiklər müharibənin əvvəlkilərdən daha dəhşətli olacağını proqnozlaşdırırlar.
Bildirilir ki, İsrail uranın zənginləşdirilməsinə davam etməsindən asılı olmayaraq, İranın raket arsenalını gücləndirməsinə, hava hücumundan müdafiə sistemlərini bərpa etməsinə və qabaqcıl texnologiyalar yerləşdirməsinə imkan vermək istəmir.
Təl-Əvivin məqsədi mümkün qədər tez və qəti zərbə endirərək, Tehranın hərbi üstünlüyə çatmaq ümidlərini puç etməkdir.
Oxşar xəbərlər
Tramp - Putin görüşünün məkanı təsdiqləndi
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Ankoricdə baş tutacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə A...
