İspaniyada sel fəlakəti - Ölənlərin sayı artdı
İspaniyada baş verən daşqın nəticəsində həyatını itirənlərin sayı 62-yə yüksəlib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə baş verən sel fəlakəti 1996-cı ildən bəri yaşanan ən böyük daşqın fəlakəti olub. Bildirilib ki, hələ də itkin düşənlər var və onların axtarış-xilasetmə işləri davam edir.
İspaniyanın Baş naziri Pedro Sançes son iki gündür ölkənin şərq və cənub bölgələrini təsir altına alan güclü yağış və tufan nəticəsində yaranan daşqın və daşqın riski davam etdiyi üçün vətəndaşları "ehtiyat tədbirləri görməyə" çağırıb.
***15:45
İspaniyanın şərq və cənub bölgələrini təsir edən seldə 51 nəfər həyatını itirib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, İspaniya hökuməti əlverişsiz hava şəraitinin yaratdığı can və mal itkisi səbəbiylə böhran masası yaradıldığını açıqlayıb.
Ölkənin şərqindəki Valensiya muxtar hökumətinin başçısı Karlos Mazon sel və daşqınlar nəticəsində bəzi rayonlarda ölənlərin olduğunu bildirib.
Onun sözlərinə görə, 1996-cı ildən bəri bölgədəki ən böyük fəlakət qeydə alınır:
"Bəzi giriş nöqtələrində cəsədlər tapılıb və hələ də tapılmaqda davam edir", - deyə Mazon qeyd edib.
İspaniya mətbuatı sel və daşqınlar nəticəsində Valensiyada bir nəfərin, Albasetedə isə 6 nəfərin itkin düşdüyünü yazıb.
Əlverişsiz hava şəraitinin hər kvadratmetrə 200 litrdən çox yağıntının düşdüyü şərq və cənub rayonlarında irimiqyaslı fəsadlar törətdiyi, əkinçilik sahələrinin su altında qaldığı, yüzlərlə avtomobilin sıradan çıxdığı, ağacların aşdığı, yolların və körpülərin dağıldığı yayılan xəbərlər arasındadır.
İspaniya hökuməti əlverişsiz hava şəraitinin yaratdığı can və mal itkisi səbəbiylə böhran masası yaradıldığını açıqlayıb.
Qalereya
Oxşar xəbərlər
Qorxunc göstərici - Bu xəstəlik COVİD-19-u geridə qoyaraq ən ölümcül yoluxucu xəstəlik oldu
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni dərc olunmuş hesabatında 2023-cü ildə yoluxucu xəstəliklərdən ən çox ölüm nisbətinin qeydə alındığı xəstəlik açıqlanıb...