İspaniyada qocalar evində yanğın olub: 10 nəfər ölüb

İspaniyada qocalar evində baş verən yanğında 10 nəfər həlak oldu.
BAKU.WS İspaniyanın rəsmi xəbər agentliyi EFE-yə istinadən xəbər verir ki, sel və daşqınlar nəticəsində bir çox insanın həyatını itirdiyi İspaniyadan daha bir pis xəbər gəldi. İspaniyanın şimal-şərqində yerləşən Zaraqoza şəhərində bir yaşlılar üçün baxım evində baş verən yanğında 10 nəfərin həyatını itirdiyi bildirilib.
Yanğının yerli vaxtla səhər saat 05:00-da baş verdiyi qeyd olunub.
Yanğın yerinə dərhal təcili yardım, yanğınsöndürmə, jandarm, Mülki Müdafiə qrupları və psixoloqlar göndərilib, ətrafdakı xəstəxanalar həyəcan vəziyyətinə gətirilib.
Rəsmilər yanğın zamanı yaşlılar evində 82 nəfərin olduğunu bildiriblər.
İlkin məlumatlara görə, 10 nəfərin həlak olduğu yanğında 1 nəfər ağır yaralanıb.
Oxşar xəbərlər
ABŞ-nin keçmiş senatoru Menendesin erməni arvadı dörd il yarım həbs cəzasına məhkum edilib
ABŞ-nin ermənipərəst senator Bob Menendesin həyat yoldaşı Nadin Menendes (Arslanyan) Nyu-York dairəsinin hakimi tərəfindən 4,5 il həbs cəzasına məhkum edilib. B...
