İspaniyada lunaparkda qəza: "Steel Max" oyuncağının trosu qopdu, 4 nəfər yaralandı
İspaniyanın Sevilla şəhərində lunaparkda baş verən qəza nəticəsində 4 nəfər xəsarət alıb.
BAKU.WS xəbər verir ki, hadisə illik yarmarka çərçivəsində fəaliyyət göstərən attraksionlardan birində qeydə alınıb. "Steel Max" adlı və "nəhəng sapand" kimi tanınan oyuncağın troslarından biri qopub.
Məlumata görə, trosun qırılması nəticəsində iki nəfərlik kapsul yüksək sürətlə dirəyə çırpılıb və daha sonra havada asılı vəziyyətdə qalıb. Qəza zamanı kapsulda olan iki uşaq, həmçinin attraksionun yaxınlığında olan daha iki nəfər yaralanıb.
Hadisə yerinə cəlb olunan xilasedicilər ərazini mühafizəyə götürərək kapsulda qalan şəxsləri təxliyə ediblər. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Steel Max" elastik kabellər vasitəsilə işləyən attraksiondur və kapsulu saatda 160 kilometr sürətlə 90 metrdən çox yüksəkliyə atmaq imkanına malikdir.
Oxşar xəbərlər
Livana zərbələr davam edəcək, hərbi təzyiq artırılacaq - Netenyahu
İsrailin Baş naziri Benyamin Netanyahu Livana qarşı əməliyyatların davam edəcəyini açıqlayıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verilir ki, Netanyahu həftəli...