İsmayıl Qaani Beyrutda itkin düşüb
07
okt
2024
08:17
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" Qüvvələrinin komandanı İsmayıl Qaani ilə əlaqə kəsilib.
BAKU.WS "Reuters"ə istinadən xəbər verir ki, iranlı komandan İsrailin ötən gün Beyruta hava zərbələrindən sonra yoxa çıxıb.
Sonuncu dəfə Tehranda cümə namazında görüntülənən İsmayıl Qaaninin daha sonra Livana getdiyi və bundan sonra onunla əlaqə kəsildiyi deyilir.
İran rəsmiləri hələlik onun sağ olub-olmadığına dair rəsmi açıqlama verməyib.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...