İrkutskda ticarət mərkəzində yanğın olub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın İrkutsk vilayətinə daxil olan Anqarsk şəhərində yerləşən "Avtomir" ticarət mərkəzində yanğın baş verib.
BAKU.WS TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
Qurumdan bildirilib ki, Anqarskda baş verən yanğın artıq təhlükə mənbəyi deyil və tam nəzarət altına alınıb.
Məlumata əsasən, alov ümumilikdə təxminən 3 min kvadratmetr sahəni əhatə edib və əvvəlcədən lokallaşdırılıb.
Xatırladaq ki, yanğın Çaykovski küçəsi, 1a ünvanında yerləşən ticarət obyektində baş verib. Hadisə zamanı beş nəfər təhlükəsiz şəkildə binadan çıxarılıb, xəsarət alan olmayıb. Mərkəzdə mühərrik yağları, avtomobil şinləri, boya və lak məhsullarının saxlanılması yanğının intensivliyini artıraraq söndürmə işlərini çətinləşdirib.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...