İranlı hakerlər Trampın məxfi məlumatlarını Baydenin komandasına ötürüb
İranın xüsusi xidmət orqanları ABŞ prezidenti Cozef Baydenin seçki qərargahına Respublikaçılar Partiyasının namizədi Donald Tramp haqqında məxfi məlumat ötürməyə çalışıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
"İranlı hakerlər Trampın seçki qərargahından oğurlanmış məxfi məlumatları həmin vaxt Baydenin seçki qərargahına göndərib. Elektron məktublar iyun və iyul aylarında demokratın kampaniyası ilə əlaqəli şəxslərə göndərilib. Bu respublikaçıların kampaniyasından oğurlanmış, ictimaiyyətə açıqlanmayan materiallardan ibarət olub", - deyə Federal Təhqiqatlar Bürosunun (FTB) bəyanatında bildirilir.
Materialın müəllifləri qeyd ediblər ki, həmin vaxt ABŞ-nin hazırkı prezidentinin seçki kampaniyasının iranlılar tərəfindən oğurlanmış məlumatları hansı dərəcədə oxuduğu və ya istifadə etdiyi məlum deyil.
Bununla yanaşı, Demokrat Partiyasının namizədi Kamala Harrisin qərargahı İrandan gələn elektron məktubları "arzuolunmaz zərərli fəaliyyət" adlandırıb və məktubları yalnız bir neçə nəfərin spam və ya fişinq cəhdi kimi qəbul etdiyini vurğulayıb.
Qeyd edək ki, 13 avqust tarixində FTB İranın Trampın qərargahına kiberhücum etməsi ilə bağlı araşdırmalara başlayıb.
Oxşar xəbərlər
Borrell: Aİ qışın sonuna qədər 75 min Ukrayna əsgərinə təlim keçəcək
Avropa İttifaqı qışın sonuna qədər Ukrayna Silahlı Qüvvələrinin 75 min hərbi qulluqçusuna təlim keçəcək. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Kiyevdə s...