İranın İsrailə PUA ilə hücumları davam edir

İranın İsrailə PUA ilə hücumları davam edir
Dünya 38

İran Silahlı Qüvvələri İsrail ərazisində bir neçə hədəfə pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilir ki, hücumlar Ben Qurion hava limanında yerləşən yanacaqdoldurma təyyarələrini, Qüdsdəki İsrail Milli Təhlükəsizlik Nazirliyinin binasını, eləcə də Təl-Əvivdə fəaliyyət göstərən "Channel 13" televiziya kanalını hədəf alıb.

Qurum qeyd edib ki, əməliyyat səhər saatlarında həyata keçirilib və pilotsuz uçuş aparatlarından istifadə olunub. Hadisə ilə bağlı İsrail tərəfinin rəsmi mövqeyi hələlik açıqlanmayıb.

Son xəbərlər