İranın hücumundan sonra İsrail Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinə ziyan dəyməyib – SAXAL
02
okt
2024
11:23
İranın hücumundan sonra İsrail Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinə heç bir ziyan dəyməyib.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İsrail ordusunun mətbuat xidmətinin sözçüsü Anna Ukolova TASS-a bildirib ki, İran İsrailə 180 raket atıb, onların əksəriyyəti ələ keçirilib, İsrail Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinə heç bir ziyan dəyməyib.
Ukolova qeyd edib ki, İsrailin mərkəzində və cənubunda binalara bir neçə zərbə vurulub, lakin zərər minimaldır.
"Bir nəfərin Fələstin Muxtariyyətində öldüyü bildirilir", - o əlavə edib.
Oxşar xəbərlər
Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefon danışığı aparıb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və NATO-nun baş katibi Mark Rütte ilə telefon danışığı aparıb. BAKU.WS "Rep...