İranın Britaniyadakı səfirliyinə hücum edənlər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Böyük Britaniyadakı səfirliyinə hücumla bağlı iki nəfər saxlanılıb.
BAKU.WS-in İran KİV-ə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslərdən birinə icazəsiz olaraq diplomatik nümayəndəliyin ərazisinə daxil olma və polis əməkdaşına hücum etmə maddələri üzrə ittiham irəli sürülüb. Digər şəxs isə yalnız icazəsiz girişdə təqsirləndirilir.
Böyük Britaniya hüquq-mühafizə orqanları bildiriblər ki, daha bir şəxs icazəsiz giriş şübhəsi ilə müəyyən edilib və onun barəsində axtarış-təqib tədbirləri davam etdirilir. Eyni zamanda səfirliyin təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşlarının ərazidə qalacağı qeyd olunub.
Xatırladaq ki, yanvarın 10-da Londonda keçirilən etiraz aksiyası zamanı iştirakçılardan biri İran səfirliyinin binasında dalğalanan bayrağı endirmişdi.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...