İranın bir neçə şəhərində partlayışlar oldu
Bu gün İranın Bəndər Abbas limanında və ölkə paytaxtının cənub-qərbində yerləşən Pərənd şəhərində partlayışlar baş verib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, yerli vaxtla saat 13:45-də Bəndər Abbas şəhərinin Müəllim bulvarında yerləşən binada güclü partlayış baş verib. Yerli medianın verdiyi məlumata görə, hadisəyə yaşayış binalarından birində qaz sızmasının səbəb olduğu ehtimal edilir. İtkilər barədə məlumat yoxdur. Hədəfin guya İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məcid Musəvi olduğu bildirilib, lakin İran mediası bunu təkzib edib.
Başqa bir partlayışın Parand şəhərində baş verdiyi bildirilir.
İran mediasında eyni zamanda bir sıra başqa şəhərlərdə də partlayışların qeydə alındığı barədə məlumat verilir. "Euronews" İraq sərhədi yaxınlığında yerləşən Əhvaz şəhərindəki partlayışda ən azı, dörd nəfərin həlak olduğunu yazıb. Hadisənin səbəbləri barədə məlumat verilmir.
Oxşar xəbərlər
Ukrayna Energetika Nazirliyi: Ölkənin enerji sistemi tədricən bərpa olunur
Ukraynanın enerji sistemi bu gün səhər saatlarında baş verən sistem qəzasından sonra tədricən bərpa olunur. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə...