İranın Bəndər Abbas limanında yanğın nəzarət altına alınıb

İranın Bəndər Abbas limanında baş verən yanğın nəzarət altına alınıb və tezliklə söndürüləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
"Yanğın nəzarət altına alınıb, fövqəladə vəziyyət rejimi milli səviyyədən regional səviyyəyə endirilib. Deyə bilərik ki, işlər sona çatmaq üzrədir. Ümid edək ki, bu, xoşagəlməz sürprizlər olmadan belə olacaq".
Xatırladaq ki, aprelin 26-da Fars körfəzi sahillərində dəniz limanının ərazisində təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda partlayış baş verib. IRIB telekanalının verdiyi məlumata görə, yanacaq çəni partlayıb, bundan sonra hadisə yerində yanğın başlayıb və liman binalarından biri dağılıb. Hadisə şahidlərinin sözlərinə görə, partlayışı Bəndər Abbas və Qeşm adasının sakinləri hiss ediblər. Hadisədən sonra limanın fəaliyyəti dayandırılıb. Yüzlərlə insan yaralanıb, bəzilərini xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
8463 il həbs edilən Adnan Oktarın SON HALI
Türkiyəli cinayətkar Adnan Oktarın son görüntüsü yayılıb. BAKU.WS xəbər verir ki, cinayətkar qrup yaratmaq və idarə etmək, cinsi istismar, cinsi təcavüz, təhsil...