İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əbdülrəhim Musəvi İsraildə yaşayanlara ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, Təl-Əviv və Hayfa sakinləri təhlükəsizliklərini təmin etmək üçün bu şəhərləri tərk etməlidirlər.
BAKU.WS xəbər verir ki, "Al Alam" telekanalının yaydığı məlumata görə, Musəvi indiyədək həyata keçirilən hərbi əməliyyatların xəbərdarlıq xarakteri daşıdığını bildirib:
"Əvvəlki zərbələr bir növ xəbərdarlıq idi. Artıq Təl-Əviv və Hayfada yaşayan hər kəsə açıq şəkildə bildiririk: canınızı xilas etmək istəyirsinizsə, bu bölgələrdən uzaqlaşın".
Bu bəyanat İran tərəfinin bölgədəki gərginliyə qarşı daha sərt mövqe sərgilədiyini və mümkün eskalasiyaların gözlənildiyini göstərir.
Oxşar xəbərlər
Ukrayna və Kanada 100 illik tərəfdaşlıq haqqında bəyannamə imzalayıblar
Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karni Kalqaridə 100 illik tərəfdaşlıq haqqında Bəyannamə və bir sıra digər ikitərəfli sənədlə...