İranın baş prokuroru etirazçıları ölümlə hədələyib

İranın baş prokuroru etirazçıları ölümlə hədələyib
Dünya 91

İranın baş prokuroru Məhəmməd Mövahhedi Azad ölkədə artıq iki həftədir, davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarını ölüm cəzası ilə hədələyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın dövlət KİV-i məlumat yayıb.

"Bütün etirazçılar "Allahın düşmənləri" (və ya "mohareb") kimi günahlandırılır. Bu cinayətə görə ölüm cəzası olacaq. Bu, əmlaka ziyan vuran və təhlükəsizliyi pozan üsyançılara, terrorçulara, eləcə də onlara kömək edənlərə tətbiq ediləcək", - ölkənin baş prokuroru bildirib.

O, həmçinin əlavə edib ki, prokurorlar məhkəmə proseslərini tez hazırlamalı, mərhəmət və şəfqət göstərməməlidirlər.

Tehran prokuroru Əli Salehi də bir gün əvvəl etirazçıların mohareb ittihamı ilə üzləşə biləcəyini bildirmişdi.

Oxşar xəbərlər

ABŞ vətəndaşlarını təcili şəkildə İrandan çıxmağa çağırıb

ABŞ vətəndaşlarını təcili şəkildə İrandan çıxmağa çağırıb

ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb və ölkədən çıxış üçün quru yolları ilə Ermənistan və ya Türkiyə üzərindən hərəkə...

27 Dünya 09:57 13 yanvar 2026

Son xəbərlər