İranın ABŞ ilə müharibədə əlaqələndirilmiş strategiyası məlum oldu

İranın ABŞ ilə müharibədə əlaqələndirilmiş strategiyası məlum oldu
Dünya 68

ABŞ-də İranın müharibə strategiyası ilə bağlı yeni məlumatlar açıqlanıb.

BAKU.WS "The Wall Street Journal"a istinadən xəbər verir ki, ABŞ-də İranın son dövrlərdə həyata keçirdiyi raket hücumlarının intensivliyinin azaldığı qeydə alınıb.

Qəzet bu barədə Amerikanın Yəhudi Milli Təhlükəsizlik İnstitutuna istinadən yazıb.

Məlumata əsasən, İran qonşu ölkələrə raket zərbələrinin tempini azaldaraq sutkada təxminən 45 raket səviyyəsində sabitləşdirib. Halbuki münaqişənin ikinci günündə Tehran gündə 420-yə qədər raket buraxırdı. Hazırda isə hücumların daha sistemli və planlı xarakter aldığı bildirilir.

Qeyd olunur ki, İran raketlərlə yanaşı yüzlərlə pilotsuz uçuş aparatından (PUA) da istifadə edir. Bu dronların əsas hədəfləri neft obyektləri, hava limanları və diplomatik nümayəndəliklərdir.

Analitiklər və ərəb rəsmiləri bildirirlər ki, həyata keçirilən zərbələrin arxasında aydın strategiya və koordinasiya dayanır. İran qüvvələri ABŞ-yə məxsus diplomatik və hərbi obyektləri, enerji infrastrukturunu, həmçinin İraqdakı kürd silahlı qruplaşmalarını hədəfə alır. Məqsəd bu qrupların münaqişəyə quru qüvvələri ilə qoşulmasının qarşısını almaqdır.

Bundan əvvəl ABŞ-də Vaşinqtonun İranın tezliklə zəifləyəcəyi ilə bağlı əsassız gözləntilər bəslədiyi də bildirilmişdi. Ekspertlərin fikrincə, İran rəhbərliyinin daxili strukturu kifayət qədər qapalıdır və ABŞ, İsrailin İran ərazisinə quru qoşunları yeritmədiyi şəraitdə ölkədəki real vəziyyəti obyektiv qiymətləndirmək çətindir.

Qeyd edək ki, İran rəhbərliyinin göstərdiyi müqavimət və dayanıqlıq ABŞ və İsrail üçün mühüm suallar yaradır. Belə ki, əgər Tehran təslim olmazsa, bu ölkələrin müharibəni yalnız hava hücumları ilə nə qədər davam etdirə biləcəyi və bunun hansı qiymətə başa gələcəyi sual altındadır.

Son xəbərlər