İrandan Trampın gömrük rüsumu qərarına ilk reaksiya

İrandan Trampın gömrük rüsumu qərarına ilk reaksiya
Dünya 152

İran ABŞ Prezidenti Donald Trampın İranla ticarət edən ölkələrə qarşı gömrük rüsumlarının artırılması ilə bağlı qərarına ilk reaksiyasını verib. Tehran bu addımı qanunsuz və beynəlxalq hüquqa zidd hesab edir.

BAKU.WS xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp dünən verdiyi açıqlamada İranla ticarət edən ölkələrin ABŞ-la ticarət əməliyyatlarında 25 faiz gömrük rüsumu ödəyəcəyini bəyan edib.

Bunun ardınca İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi qərarı sərt şəkildə tənqid edib. O bildirib ki, İran xalqı uzun müddətdir ABŞ və bəzi müttəfiqlərinin ağır iqtisadi təzyiqləri ilə üz-üzədir və bu qərar Vaşinqtonun İrana qarşı artıq daimi xarakter alan düşmən münasibətinin göstəricisidir.

Bəqayi ABŞ-ın tətbiq etdiyi sanksiyaların BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə zidd olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu cür addımlar beynəlxalq ticarət sisteminə də ciddi zərər vurur.

İran XİN sözçüsü Birləşmiş Millətlər Təşkilatını beynəlxalq hüququ qorumağa çağırıb və əlavə edib ki, İran xalqı bütün sanksiyalara baxmayaraq, qətiyyətlə yoluna davam edəcək.

Son xəbərlər