İrandan İsrail və ABŞ-yə 40-cı əməliyyat dalğası: Bu ölkələrdəki hərbi obyektlərə hücum edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün İran İsrail və ABŞ-yə qarşı əməliyyatın 40-cı mərhələsinə başlayıb.
BAKU.WS "TASS"a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Qeyd edilib ki, İran İsrail və ABŞ-yə qarşı "Əsl Vəd-4" əməliyyatı çərçivəsində daha bir zərbə dalğası başladıb.
Bu səbəbdən ABŞ-nin İordaniya və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə hücumlar edilib.
"Əməliyyatın 40-cı mərhələsində "Qədr" qanadlı raketlər, "Emad" və "Kheibar Shekan" ballistik raketləri, eləcə də hipersəs silahlar, "Fəttah" raketi istifadə edilib" -deyə İran dövlət televiziyasında bildirilib.
40-cı əməliyyat dalğası hücumları İsrail ərazisini və İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, bölgədəki ABŞ bazalarını hədəf alıb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...