İranda uranın zənginləşdirilməsi üçün yeni obyekt tikilib

İran uran zənginləşdirilməsi məqsədilə daha bir obyektin inşasını tamamlayıb və artıq bu yeni kompleks tam istifadəyə hazır vəziyyətə gətirilib.
BAKU.WS xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ISNA agentliyinə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, yeni obyektin yaradılması Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İran əleyhinə qəbul etdiyi qətnaməyə cavab xarakteri daşıyır.
İslami bildirib ki, təhlükəsiz məkanda yerləşən bu obyekt uranın zənginləşdirilməsi istiqamətində ölkənin imkanlarını daha da artıracaq. Bununla yanaşı, o qeyd edib ki, artıq köhnə nəsil sentrifuqalar daha müasir və yüksək məhsuldarlığa malik modellərlə əvəz olunacaq.
"Üçüncü uran zənginləşdirmə mərkəzini inşa etdik və istifadəyə hazır vəziyyətə gətirdik. Hazırda bu obyektə yeni sentrifuqaların təchizatı və quraşdırılması prosesi başlayır", – deyə o əlavə edib.
Xatırladaq ki, BAEA-nın son qətnaməsində İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində öhdəliklərini pozduğu, xüsusilə 2019-cu ildən bəri bəyan edilməmiş nüvə materialları və obyektlərlə bağlı vaxtında və dolğun məlumat vermədiyi bildirilir.
Oxşar xəbərlər
İranın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani öldürülüb
İranın Qüds Qüvvələrinin rəhbəri İsmayıl Qaani barədə İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində ölümü xəbərləri yayılıb. BAKU.WS "The New York Times"...
