İranda məhkəmə binasına silahlı hücum olub, beş nəfər ölüb

İranda məhkəmə binasına silahlı hücum olub, beş nəfər ölüb
Video
Dünya 96

İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum zamanı 5 nəfər həlak olub, 13 nəfər yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Tasnim News" agentliyi məlumat yayıb.

Bildirilir ki, "Ceyş əl-Ədl" qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd olunub ki, İranın təhlükəsizlik qüvvələri üç silahlının zərərsizləşdirib.

***

İranın Sistan və Bəlucistan əyalətinin Zahedan şəhərində yerli məhkəmə binasına silahlı hücum təşkil olunub.

BAKU.WS bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Məlumata görə, bir neçə silahlı şəxs məhkəmə binasına daxil olaraq birbaşa hakimlərin kabinetlərinə doğru irəliləyib və atəş açıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, hücum zamanı binada olan məhkəmə işçiləri və təhlükəsizlik qüvvələri arasında ölən və yaralananlar var. Ölənlərin və yaralananların dəqiq sayı hələlik açıqlanmayıb. Hücum edənlərin kimliyi və motivləri barədə rəsmi məlumat verilmir.

Qeyd edək ki, əsasən sünni bəlucların yaşadığı Sistan və Bəlucistan əyaləti son illər İran hakimiyyətinə qarşı tez-tez baş verən etiraz aksiyaları və silahlı toqquşmalarla gündəmə gəlir.

Son xəbərlər