İranda itkilər artır: ölənlərin sayı 3 300-ü keçdi

İranda itkilər artır: ölənlərin sayı 3 300-ü keçdi
Dünya 62

ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 3 300-dən çox olub.

BAKU.WS-in Mehr agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Cəfər Miadfar açıqlayıb.

Onun sözlərinə görə, son hesablamalara əsasən, ümumilikdə 3 375 nəfər həyatını itirib. Ölənlər arasında 2 800-dən çox kişi və təxminən 500 qadın var.

Miadfar bildirib ki, əməliyyatlar başlayandan bəri ölkədə azı 400 tibb müəssisəsi zərər görüb. Hücumlar nəticəsində 26 tibb işçisi həlak olub, 188 nəfər isə yaralanıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İran ərazisinə hava zərbələri endirməyə başlayıb. Eyni gün İranın ali lideri Əli Xamenei öldürülüb. Buna cavab olaraq Tehran İsrail ərazisini raket atəşinə tutub və Fars körfəzində yerləşən ABŞ hərbi bazalarına hücumlar həyata keçirib.

Tərəflər daha sonra, 8 aprel gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəlib. Aprelin 11-12-də isə İslamabad şəhərində Pakistanın vasitəçiliyi ilə İran və ABŞ nümayəndələri arasında danışıqlar aparılıb.

Son xəbərlər